Zəhərli və radioaktiv maddələr, aşındırıcılar və digər təhlükəli maddələr
6. Zəhərli maddələr
Bu sinif maddələr dəri və göz sorbsiyası, mədə-bağırsaq yolu və nəfəs yolu ilə zərələyə bilirlər.
6.1 Zəhərləyici maye və bərk maddələr: anilin, arsenik, metal bromid, karbon tetraklorid, Çink fosfit, hidrosianik asid, talium tozları, maqnezium ve kalsium kloratlar, civə, dimetil sulfat, barium sulfur, metil alkol.
6.2 İnfeksion maddələr: antraks, tibbi tullantılar, biotullantılar.
Bu maddələrlə qətiyən açıq təmasda olmamaq və respiratordan istifadə etmək lazımdır.
7. Radioaktiv maddələr
- Radioaktiv maddələr: İonizasiya işıqları yayaraq atom və molekullardakı elektronları yerindən qoparmaqla şüa xəstəlikləri yaradırlar. Ən məşhur nümayəndəsi uran metalıdır.
Bu cür maddələr çox ciddi nəzarət altında xüsusi bunkerlərdə saxlanılmalıdır. Cüzi bir sızması böyük, qlobal ekoloji problemlərə yol aça bilər.
8. Aşındırıcılar
- Aşındırıcı mayelər: qüvvətli turşular və əsaslardır. Bunlar nəinki dəmir və alüminium kimi bəzi metallara aşındırıcı təsir göstərir, hətta canlıları dağlayıcı xüsusiyyətləri də vardır: turşular – hidroxlorik asid (duz ruhu), Sulfurik asid, nitrik asid; Əsaslar: sodium hidroksid, potassium hidroksid, sodium hipoxlorid.
Bu maddələrin olduğu yerdə fərdi mühafizə geyimlərindən istifadə edilməlidir. Müşahidə olunmalıdır. Turşular su və əsaslarla, əsaslar isə su və turşularla seyrəldilir. Bu zaman istiliyə və sıçramaya fikir vermək lazımdır.
Qeyd: Sulfurik asidi birbaşa su ilə qatmaq olmaz.
9. Digər təhlükəli maddələr
Bunlar heç bir qrupa aid olmayan maddələrdir: asbest, malathion (pestisid), amiant.
Safety.az