22.03.2019
08:48
Partlayıcılar və təzyiqli qazlar
Təhlükəli maddələr: partlayıcı, tez yanan, yandırıcı, zəhərli, infeksion, radioaktiv, aşındırıcı, öz-özünə alışan və digər təhlükəli maddələrdir.
1. Partlayıcılar
Patlayıcılar; zərbə, istilik, sürtünməklə isinmə və təzyiq altında partlayan maddələrdir.
- Kütləvi və birdən partlayanlar: Dinamit (%75 TriNitroQliserin + %25 Dolğu),TNT (TriNitroToluen), Barıt (Potassium Nitrat + Karbon + Kükürd)
- Mərmi, şarapnel parçası və buna bənzər partlayıcı,lakin kütləvi patlamayanlar: fişəng, kapsul
- Partlama təhlükəsi az olub, yanğına səbəb ola biləcək: Hava fişəngi
- Xüsusi bir təhlükəsi olmayan partlayıcılar: sparkler, oyuncaq kapsul.
- Şiddetli patlayıcı olup kütləvi partlayabilən: ammonium nitrat-benzin qarışığı
- Çox şiddətli partlayıcı olub, kütləvi partlamayanlar.
Partlayıcıların törətdiyi qəzalar zamanı tez bir zamanda çoxlu sudan istifadə etmək lazımdır.
2. Təzyiqli qazlar
Bütün qazlar təzyiq altında sıxılır ve nəql olunur. Ona görə də fiziki partlama təhlükəsi yaradırlar.
- Yanan qazlar; Qapalı sahədə yanan qazların hamısı kimyəvi partlama təhlükəsi yaradırlar. Hamısının aşağı (LEL) və yuxarı (UEL) partlama nisbətləri var: LPG, hidrogen, asetilen.
- Yanan və zəhərli olmayan qazlar; Bu qazlarda yalnız fiziki partlama təhlükəsi olur: azot, arqon, oksigen
- Zəhərli qazlar; Boğucu qazlar; Oksigendən başqa bütün qazlar boğucu olduğuna görə zəhərli hesab edilir. Bu qazların olduğu yerə xüsusi respiratorlarla girmək lazımdır.
Bu sinif təhlükəli maddələrin yaratdığı yanğının qarşısını almaq üçün qazı kəsmək lazımdır. Yanğını söndürmə maddələri; CO2 və s.
Safety.az