İSTİVURMADAN NECƏ QAÇINMALI?!
İSTİVURMA
Normal soyuducu mexanizmlər
Bədən hərarəti qalxdıqda
- Qanın dəriyə axını artır
- Tərləmə qüvvətlənir
- Ürək döyüntüsü artır və qan ilə hərarəti dəriyə hərəkət etdirir
Bu mexanizmlər yaxşı işləyərkən
- Bədən hərarəti düşür və ya təhlükəsiz səviyyədə sabitləşir
Soyuducu mexanizmlər nə üçün işləmir?
O qədər tər itirilir ki,
- Dehidrasiya baş verir
- Bədən tərləmə yolu ilə özünü soyuda bilmir və hərarət qalxır
O qədər qan dəriyə yönəlir ki, digər orqanlar müvafiq şəkildə işləyə bilmir.
İstiliklə bağlı xəstəliklər
- İSTİDƏN QICOLMALAR !
- İSTİDƏN ÜZÜLMƏ !!
- İSTİVURMA !!!
İSTİDƏN QICOLMALARIN ƏLAMƏTLƏRİ
- Əzələlərin ağrılı spazmı
- Bərk tərləmə
- Yorğunluq/əsəbilik
- Tər səpkisi (dəridə kiçicik qırmızı səpki)
Qeyd: Bədən hərarəti normal olur!
İSTİDƏN ÜZÜLMƏNİN ƏLAMƏTLƏRİ
Daha ciddi vəziyyət !!
- Bərk tərləmə
- İşçi solğun və yorğundur
- Ürək bulanması və qusma
- Baş gicəllənməsi və bihuş olma
- Baş ağrısı və aydın olmayan görmə qabiliyyəti
- Tez və zəif nəbz
- Normal və ya bir qədər yüksək bədən hərarəti !
İSTİVURMANIN ƏLAMƏTLƏRİ
Həyat üçün qorxulu vəziyyət !!!
- Tər ifrazının dayanması
- İsti qırmızı və ya qızarmış quru dəri
- Dərin nəfəs, təngnəfəslik
- Tez nəbz
- Huşsuzluq
- Bədən hərarətinin bərk qalxması !!!
Problemi nə zaman özünüzün aradan qaldıra biləcəyinizi, nə zaman isə tibbi yardıma müraciət etməli olacağınızı bilmək mühümdür.
İSTİLİK QICOLMALARI ZAMANI İLK YARDIM
- Şəxsi sərin yerə aparın.
- Şəxsə sərin, lakin soyuq olmayan su içirdin.
- Şəxsin alnına, üzünə, boynuna və əllərinə su çiləyin.
- Qıc olan əzələləri ehtiyatla masaj edin.
- Mövcud olduğu təqdirdə, ventilyasiyadan istifadə edin.
İSTİDƏN ÜZÜLMƏ ZAMANI İLK YARDIM
- Dərhal təcili tibbi yardım çağırın
- Şəxsin soyumasına yardım edin:
- Şəxsi isti yerdən götürün
- Şəxsi uzandırın
- Şəxsin ayaqlarını qaldırın
- Dar geyimi boşaldın
- Alın, boyun ətrafında və qoltuqların altındakı dəriyə sərin nəm material qoyun
Yadda saxlayın: bərk qızmadan sonra bədəni soyutmaq üçün ən azı 30 dəqiqə lazımdır !
İSTİLİKVURMA ZAMANI İLK YARDIM
- Dərhal təcili tibbi yardım çağırın
- Şəxsin soyumasına yardım edin:
– Şəxsi isti yerdən götürün və sərin yerə keçirin
– Üst paltarını çıxarın
– Soyuq kompresslər tətbiq edin
– Hava dövranını artırın – şəxsi yelləyin
– Ağız vasitəsilə heç bir şey verməyin
İstivurmaya nə səbəb olur?
Altı əsas faktor rol oynayır:
- Hərarət
- Yüksək rütubət
- Zəif hava axını
- Birbaşa gün işığı
- Paltar
- Fiziki fəaliyyət
Ayrı-ayrı şəxslər üçün risk faktorları
- Müəyyən dərmanlar (xüsusilə bəzi antibiotiklər)
- Artıq çəki
- 40-dan artıq yaş
- Ürək xəstəliyi, yüksək qan təzyiqi
- İstiliyə davamsızlıq
- İshal, qusma
- Qızdırma
- Spirtli içkilərin istifadəsi
- Artıq miqdarda kofeinin istifadəsi
- Az miqdarda duzun istifadəsi
- Yuxusuzluq həbləri
- Yaxınlarda vaksinləmə
İstivurmadan necə qaçınmalı?
- Susamazdan əvvəl su için
- Sağlam ərzaq məhsullarını yeyin (təzə meyvə, xüsusilə bananlar), yağlı yeməklərdən qaçının
- Vaxtaşırı olaraq sərin yerdə dincəlin
- Birbaşa gün işığı altında işləyirsinizsə, papaq və ya kepka qoyun və boynunuzu örtülü saxlayın
- Gecə vaxtı kifayət qədər yatın
- Spirtli içkilərdən qaçının
Maye tələbatı
- Optimal sağlamlığı saxlamaq üçün gündə ən azı 8-10 fincan su içmək mühümdür (1 L )
- Gün ərzində Siz tənəffüs, kənar etmə və tərləmə nəticəsində təxminən 2-2,5 L qədər itirirsiniz
- İstiyə davamlı deyilsinizsə, hər yeməkdən sonra və susamazdan əvvəl bir stəkan su için
- Spirtli içkilərdən qaçının
Qeyd: 1 qram alkoqolun həlli üçün 8 qram su lazımdır.
İSTİLİKLƏ BAĞLI TƏHLÜKƏLƏR
Artıq istilik, həmçinin, təhlükəsizlik üçün də problem ola bilər.
Qəzaların birbaşa səbəbləri
- Tərli əllər, tutma qabiliyyətinin itirilməsinə səbəb olur
- Tərin silinməsi və çirkin gözə düşməsi
Qəzaların dolayı səbəbləri
- Ayıqlığın zəifləməsi
- Zəifləmiş fiziki göstəricilər
- Əsəbililik
Qeyd: bunların birini hiss etsəniz, tənəffüs edin və bir fincan su için
Safety.az