13.09.2019
11:23
İş sağlamlığı və təhlükəsizlik tədbirləri – ölçmələr
İşçilərin sağlamlığını və təhlükəsizliyini düşünən iş yerləri periodik olaraq müxtəlif ölçmələr yerinə yetirirlər Bu ölçmələrin keçirilmə sıxlığı iş yerinin coğrafiyasından, işin xarakterindən və s. olaraq fərqlənə bilər. Əsasən aşağıdakı ölçmə tədbirləri həyata keçirilir:
- Gurultu ölçməsi
- Toz ölçməsi
- Titrəmə ölçməsi
- İşıqlandırma ölçmələri
- Termal rahatlıq ölçmələri
- Daxili qaz-buxar (VOC) ölçməsi
- Torpaqlama ölçməsi
Bu ölçmələr insanların iş bölgələrində uzun və ya qısa müddət ərzində aparıla bilər və mütəxəssislər tərəfindən aparılacaq ölçmə parametrlərini və sayını müəyyən etmək və ölçmə hesabatında mümkün risk vəziyyətlərini düzgün qiymətləndirmək cəhətdən çox vacibdir.
Növbəti məqalələrdə bu ölçmələrin hər biri haqqında ayrılıqda ətraflı məlumat veriləcəkdir.