İlan sancması
İlanlar haqqında faktlar
- Onların hamısı zəhərli deyildir;
- Aqressiv deyildir;
- İlan zəhəri çox qiymətli materialdır;
- 95 % hallarda ətraflarından sancır, sancmaların ¾-ü isə aşağı ətraflardır.
Azərbaycan reallığı
Azərbaycanda əsasən gürzəkimilər (Viperidae) sinfinə aid olan, insan üçün çox təhlükəli olan zəhərli ilan növünə təsadüf olunur. Bunlardan ən təhlükəlisi gürzədir (Vipera Libetina). Bədəninin uzunluğu 100-160 sm-dir. Başının üst hissəsi pulcuqlarla örtülüdür. Rəngi müxtəlif ola bilər. Daha tez-tez təsadüf olunan rəng bozumtul-qum rəngi və ya qəhvəyi-qırmızı rəngdir. Bədənin uzunluğu boyunca köndələn, uzanmış formalı tünd qonur rəngli ləkələr olur. İlanlar zəhərdən ov zamanı öz şikarını öldürmək və özünü qorumaq üçün istifadə edir. Gürzə zəhəri rəngsiz, və ya sarımtıl rəngli qatı, yapışqan maddədir. Bu ilanların zəhərinin əsas təsiredici amili 90 % zəhərli zülallardan ibarətdir. Zəhərin tərkibindəki maddələr qanın laxtalanma sisteminə və damar keçiriciliyinə təsir edir.
Sancma
Sancmanın əlamətləri aşağıdakılardır:
Yerli
- Yara
- Qızartı
- Qancır
- Şişkinlik
Ümumi
- Baş ağrısı
- Gözün dumanlanması
- Başın gicəllənməsi
- Ürəkbulanma və qusma
- Qarın ağrısı
- Halsızlıq
- Güclü emosional reaksiya
- Tərləmə
- Zəiflik
Sancmanın şiddəti
İntoksikasiya dərəcəsi bir çox amillərdən asılıdır:
- Sancmış ilanın növü
- Sancmış ilanın ölçüləri (nə qədər böyük olarsa, bir o qədər təhlükəlidir);
- Daxil olmuş zəhərin miqdarı;
- Zərərçəkən şəxsin yaşı (4 yaşa qədər uşaqlarda daha ağır olur);
- Zərərçəkən şəxsin bədən çəkisi;
- Orqanizmin sağlamlıq vəziyyəti (xəstəliyi olan şəxslər daha çətin keçirir);
- Sancmanın yeri;
- Zəhərin düşdüyü nahiyənin qan təchizatı;
- Müalicənin vaxtında və düzgün aparılması.
İlk yardım
İlk yardımın məqsədi:
- Zərərçəkmiş şəxsi sakitləşdirmək
- Zəhərin bütün bədən yayılmasının qarşısını almaq
- Zərərçəkmiş şəxsi təcili olaraq tibb mərkəzinə çatdırmaq
İlk yardima hazırlıq:
- Təlaşlanmayın və zərərçəkmişi sakitləşdirməyə çalışın
- Dərhal təcili yardım çağırın
- Sancmadan dərhal sonra sancma yeri ürək səviyəsindən bir qədər aşağı olmaq şərtilə xəstəni yerə uzadın
- Çalışın xəstəni az hərəkət etdirəsiniz
- Əgər zədələnmiş ətrafda zinət əşyası varsa, onu çıxarın
- İlk yardım göstərmədən əvvəl əlcək geyinmək məsləhətdir
İlk yardımın mərhələləri:
- Əgər ətraf sancılıbsa, həmin nahiyə bintlə (eni 10 sm-ə qədər olan istənilən digər parca da ola bilər) sıx sarınır. Ətrafı əsasından başlayaraq barmaqlara doğru olmaqla sarımaq lazımdır. Sarğı qoyularkən bir qədər təzyiq edilməlidir, lakin qan dövranını pozmaq olmaz
- Sancılmış ətrafın erkən immobilizasiyası zəhərin orqanizmə yayılmasının qarşısını alır. Ona görə də zədələnmiş ətrafı sınıqda olduğu kimi immobilizasiya edin.
İlk yardım zamanı nəyi etmək olmaz:
- Sancma yerini yumaq
- Tibbi yardım gösrərilməzdən və vəziyyət yaxşılaşmazdan əvvəl yemək və içəcək qəbul etmək
- Hərəkət etmək
- Ağız vasitəsi ilə zəhəri sovurmaq
- Sancılmış yeri, çərtmək, dağlamaq
- Dərman maddəsi vermək
- Soyuq və ya isti qoymaq
- Jqut qoymaq
- Paltarları çıxarmaq
- Ayaq basdığınız yerə baxın
- Qoruyucu ayaqqabı geyinin
- Hündür otluqdan, sıx kolluqdan kənar olun
- Qaranlıqda sahədə gəzməyin
- Əlinizi və ya ayağınızı deşik yerlərə toxundurmayın
- İlan tutmağa cəhd etməyin
Safety.az