22.03.2019 08:56

Hündürlükdə iş. Skaffoldinq nədir?

Hündürlükdən yıxılmaqla baş verən qəza və ölüm halları ən təhlükəli və öldürücü hadisələrdir. Hündürlükdə iş dedikdə adətən ağıla damda və skaffoldda iş ağıla gəlir. Əsas səbəb də təbii ki əməliyyata nəzarətin və riskin qiymətləndirilməsinin zəifliyi, təhlükəsizlik qaydalarına riayət olunmaması və təhlükəsizlik avadanlıqlarından düzgün və yaxud tamamilə istifadə olunmamasıdır. Şirkətlərin hündürlükdə iş prosedurları olmalıdır, sığortaçılar işçilərin sağlamlıq və təhlükəsizliyini təmin etməlidirlər:

  • Onlara hündürlükdə işlərini planlaşdırmaöa kömək etməli;
  • “Tədbirlər iyerarxiyası”-nı tətbiq etməli; (Şəkil 1)
  • İş üçün uyğun adam və avadanlığı seçməli;
  • İşi icra edən şəxslərə təlimlər keçirilməli;
  • İstifadə olunan avadanlığı vaxtında yoxlamalı və təmir etməli;
  • İşin plana uyğun həyata keçirilməsini yoxlamalıdırlar.

Tədbirlər iyerarxiyası

Hündürlükdə görülən işlərin ilkin tədbirlərindən ən geniş yayılan və geniş miqyaslı olanı skaffoldinqdir.

Skaffoldinq – böyük tikililəri təmir-bərpa edərkən və yaxud tikinti aparan zaman işçilərin, material və avadanlığın düşməsini önləmək üçün qurulan müvəqqəti strukturdur. Burada adətən metal borulardan istifadə olunur. Şərqi və cənub-şərqi Asiya ölkələrində isə bambuk materialdan da istifadə edirlər. Qərb sənayesində isə adətən metal borulu skaffoldlardan istifadə olunur. İş sistemi Avropa Standartları ilə götürülür. Skaffoldun qurulmasında əsas məqsəd işin təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Skaffoldinqin əsas hissələri borular, mufta və lövhədir. Borular yüngül və möhkəm metaldan hazırlanırlar. Bu onların dözümlü olması və rahat qurulması üçün vacibdir. Boruların uzunluğu müxtəlif olsa da, əsasən 6.3 m uzunluğunda olan borulara üstünlük verilir. Diametrləri isə standart 48.3 mm olur. Metalın növündən asılı olaraq boruların ağırlığı da ciddi fərqlənir.

Metal skaffold borusunun qısa kəsimi

Belə ki alüminium borular 1.7 kq/m olduğu halda, polad borular 4.4 kq/m ağırlığında olur.

Skaffold istifadəçiləri üçün lövhə iş platforması rolunu oynayır. Lövhələrin standart eni 225 mm və maksimal uzunluğu 3.9 m olur. Üç növ qalınlıqda olurlar: 38 mm (adətən), 50 mm və 63 mm. Adətən taxta və laminatdan istifadə olunur.

Mufta – boruları birlikdə saxlamaq üçün qurğudur. Aşağıdakı növləri var:

Digər hissələrə baza plitələr, nərdivan, kəndir, lövbər əlaqələr, tirli əlaqələr, rolik, qoruyucu örtük və s. aiddir.

 

Safety.az