02.06.2019
11:21
Evdə yanğın təhlükəsizliyi
Yanğın Təhlükəsizliyi Statistikası
- Struktur yanğınlarının 70%-i evlərdə baş verir.
- Ölümlə nəticələnən yanğınların 80%-i evlərdə baş verir.
- Ev yanğınlarının ¼-i axşam saat 10:00-dan səhər 06:00-a qədər baş verir One fourth of home fires occur between 10:00 p.m. and 6:00 a.m. yet account for one half of all home fire deaths.
Ev yanğınlarının Səbəbləri
- Siqaret və ya siqaret materialları.
- Qızdırıcı və elektrik avadanlıqalrı.
- Bişirmə və bişirmə avadanlıqları.
- Kibrit və ya alışdırıcı ilə oynayan uşaqlar.
- Qəsdən yandırma.
Yanğından Ölümün səbəbləri
- Hidrogen sionid, Hydrogen cyanide, Sianid turşusu;
- Dəm qazı;
- Digər zəhərli buxarlar;
- Yanmalar;
- Travmalar (Qeyri yanma);
- Qış vaxtları əlavə qızdırıcı vasitələr;
- Siqaret çəkmə;
- Spirtli içki və narkotik vasitələrin;
- Tüstü detektorlarının pis işləməsi və ya işləməməsi.
İstiliyin paylanmasının və yanğının yayılmasının əsas prinsipləri
- KONVEKSİYA.
- KEÇİRİCİLİK QABİLİYYƏTİ.
- RADİASİYA.
- BİRBAŞA YANĞINLAR
Yanğın indikatorları haqqında nə bilirsiniz?
- İSTİLİK SİQNALLARI – Termal genişlənməni aşkar edir;
- RADİASİA SİQNALLARI – İnfra qırmızı / ultra bənövşəyi şüaları aşkar edir;
- TÜSTÜ SİQNALLARI – Yanğının ilkin mərkələsində tüstünü aşkar edir;
Tüstü Siqnalları
- Tüstü həyəcan siqnalları tüstü haqqında xəbərdarlıq edən xəbərdaredici cihazdır. O həyatı xilas edə bilər!
- Tüstü həyacan siqnalını dəhlizin tavanına ideal şəkildə yerləşdirin;
- Bəzi tüstü həyəcan siqnalları söndürmək üçün düymələrlə təmin olunmuşlar ki, səhvən işə qoşulduqda söndürmək mümkün olsun;
- Həyəcan siqnallarını həmişə test edin.
Mətbəx təhlükəsizliyi
- Çay dəsmalı, tutacaq və önlük kimi tezalışan əşyaları plitədən və tosterdən aralı tutun;
- Tosteri, sobanı, soba rəflərini və qrili (əti qızartmaq üçün məişət cihazı) təmiz saxlayın. Yaranmış qırıntılar, piylər və yağlar asanlıqla alovlana bilər;
- Elektrik naqilləri və cihazlarını sudan aralı saxlayın;
- Qaz sobasını yandırmaq üçün kibrit və ya alışqanın əvəzinə daha təhlükəsiz qığılcım avadanlıqlarından istifadə edin;
- Əgər yeməyi ərinmiş yağda qızardırsınızsa, onu isti yağın içərisinə qoymamışdan qurudun.
- Əgər yağ tüstüləməyə başlayırsa, ocağı söndürün və tavanın soyumasını gözləyin. Heç vaxt qazanın üstünə su tökməyin.
Elektrik təhlükəsizliyi
- Əgər adapter işlətmək məcburiyyətinizdəsinizsə, eləsini istifadə edin ki, əriyən qoruyucusu olsun;
- Maksimal amperi yoxlayın ki, ştepseldəki əriyən qoruyucu öhdəsindən gələ bilsin;
- Kabelləri xalçanın və ya döşəmənin altından keçirməyin;
- Birləşmələrdə qüsuru, qüsurlu ştepselləri və elektrik çəngəllərini yoxlayın ki, hər hansı bir ütülmə və ya cırılma işarələr olmasın;
- Rozetkanı yükləməyin-hər razetkaya bir ştepsel işlədin.
Elektrik cihazları
- Elektrik cihazlarını quraşdırarkən və birləşdirərkən təimata əməl edin;
- Elektrik cihazlarını elə yerləşdirin ki, onların arxa hissəsi divara, üzü otağa tərəf olsun;
- Əmin olun ki, cihazın təbii ventelyasiya üçün çıxışı var, bu cihazların həddən artıq qızmasına maneə olacaq;
- Qızdırıcıları/lampaları/ elektrik lampalarını pərdəyə və ya mebellərə yaxın yerləşdirməyin və heç vaxt palrar qurutmaq üçün istifadə etməyin;
Evdə siqaret çəkmək
- gündən bir bir nəfər siqaretin səbəb olduğu yanğından ölür.
- Siqareti atın;
- Əgər yuxu gətirən dərman qəbul etmisinizsə, əgər spirtli içki içmisinisə yataqda siqaret çəkməyin. Siqaretin hələdə yandığını hiss etmədən asanlıqla yuxuya getmək olar.;
- Həmişə uyğun külqabı istifadə edin. Əmin olun ki, siqaret külqabıda tamamilə sönüb.
- Məsuliyyətli olun və kibrit və alışqanları uşaqların əli çatmayan yerdə saxlayın.
Şamlar
- Yanar şamları diqqətsiz qoymayın;
- Gecə vaxtı onları tamamilə söndürün;
- Yanar şamları istənilən yanar əşyadan (mebel, pərdə və s.) uzaq tutun;
- Şamlar telvizor üstü, hamam çəlləyi və s. kimi plastik səthləri əridə bilər. Əmin olun ki, onları həmişə istiyə davamlı səthin üzərində yerləşdirmisiniz.
Yanğın zamanı Necə Xilas Olmaq
- SAKİT OLUN!
- Əgər tüstü varsa döşəməyə əyilin.
- Ağzınızı və burnunuzu nəm dəsmalla tutun (imkan olan kimi)
- Gizlənməyin.
- Xilas üçün görüntülü yerdə olun.
- Paltar od tutarsa: dayan, yerə yıxıl və yerdə fırlan.
- Alovu palto, ədyal və mümkünsə ya yanğın ədyalı kimi ağır materialla boğmağa çalışın.
- Binadan çıxdınızsa BİR DAHA QAYITMAYIN!
HAZIRLIQLI OLUN-qabaqcadan planlaşdırın
- Hara zəng edəcəyinizi bilin – 101-ə zəng edin
- Əmin olun ki, ailə üzvləriniz yanğın zamanı nə etməli olduğunu və necə xilas olacağını bilir;
- Xilas olma yollarını müəyyənləşdirin və çıxışı təmiz saxlayın;
- Toplantı məntəqənizin harada olduğunu bilin;
- Qapı və pəncərənin açarlarını rahat yerdə saxlayın;
- Mütəmadi olaraq mənzildə Yanğın Təhlükəsizliyi Nəzarəti həyata keçirin;
- Fövqəladə hallarda tədbirləri birgə həyata keçirin.
Safety.az