20.05.2019 10:16

Enerji sistemlərinin təcrid edilməsi

Enerji mənbələri iş sahəsində, ofislərdə və eləcə də məişət mühitlərində var. İşçilərin lazımi səviyyədə səriştəyə malik olmaları və qəbul edilmiş qaydalara düzgün riayət edilməsi xüsusi olaraq da ucqar yerlərdə çox zəruridir.

Qəza hadisəsi ucqar yerlərdə baş verdiyi zaman oraya yardımın çatdırılması çox vaxt apara bilər.

İşçi heyətinin peşəkarlığı personalın təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyət kəsb edir. Peşəkarlığı təlim avadanlıqları ilə  yaradılmış təhlükəsiz mühitlərdə artırmaq olar.  Enerji sistemlərinin təcrid edilməsinin başlıca prinsiplərinin tətbiq edilməsi və saxlanması sahəsində əməli təcrübələrin əldə olunması çox mühümdür.

Enerji sistemlərinin təcrid edilməsi prinsipləri

Risklərin qiymətləndirilməsindən və işin icrası üçün icazənin alınması prosesindən sonra enerji sistemlərinin təcrid edilməsinin altı başlıca prinsipləri başa çatdırılmalıdır:

  1. Enerji mənbələrini müəyyən edin.

Enerjinin növü və onun dəqiq yeri:

  • Elektrik
  • Mexaniki
  • Təzyiq
  • Kimyəvi
  • Qravitasiya
  • Radioaktivlik

 

  1. Təcridetmə nöqtələrini təyin edin.

Bu harada yerləşir?

Daxil olma vasitələri tələb olunurmu?

Hansı təcridetmə qurğularından/cihazlarından istifadə olunacaqdır?

Hansı metoddan istifadə olunacaqdır?

Bu, digər iş sahələrinə təsir edirmi?

 

  1. Yığılmış /qalıq enerjini boşaldın.

Yığılmış /qalıq enerjinin buraxılmasına aşağıda göstərilən vasitələrdən istifadə etməklə nail olmaq olar:

Axıtma klapanları, atmosferə açılan təzyiqsalma klapanları, drenajla axıtma, torpaqlama və ya elektrik dövrəsinin torpaqla birləşdirilməsi.

Sistem daxilində heç bir yığılıb qalmış və ya qalıq enerjinin olmadığına əminlik məqsədi ilə bütün xətlər və avadanlıqlar yoxlanmalıdır.

Bəzi hallarda xüsusi avadanlıqlardan istifadə olunmalıdır.

  1. Kilidlərdən və xəbərdarlıq birkalarından istifadə edin.

Bütün təcridetmə nöqtələri aydın şəkildə müəyyən edilməlidir. Təcridetmə vasitələri təhlükəsiz qaydada kilidlənməli və onların üzərindən məlumat birkaları asılmalıdır. Təcridetmə nöqtələrinin kilidlənməsi və onlardan məlumat birkalarının asılması təcridetmə metodunun səmərəliliyini təmin edir. Təcridetmənin icazəsiz götürülməsinin qarşısını almaq üçün kilidlərdən istifadə edilir. Təcridetmə məqsədi ilə istifadə edilən kilidlərin yeganə açarlarına ciddi nəzarət edilməlidir.

 

 

  1. Təcridetməni sınaqdan keçirin.

Bütün təcridetmələr sınaqdan keçirilməli və onların etibarlı olması nümayiş etdirilməlidir.  Sınaqdan keçirməzdən əvvəl yoxlayıcı cihazların / alətlərin işlək vəziyyətdə olması təsdiq edilməlidir.

Bütün enerji mənbələrin enerjinin olmaması yoxlanaraq təsdiq edilməyincə, onların hamısı hələ də enerji altında olan sistemlər kimi qəbul edilməlidirlər.

Bilavasitə iş sahəsində işin icrasına başlamazdan əvvəl enerji mənbələri yenidən yoxlanmalıdır.

 

 

  1. Məlumat verilməsi.

Təcridetmələrə dair məlumat işlərin yerinə yetirilməsində iştirak edən və ya işlərin təsirinə məruz qala biləcək bütün şəxslərə çatdırılmalıdır.

Faciəli Payper Alfa hadisəsindən götürülən əsas ibrət dərslərindən biri məlumatın çatdırılmaması idi.

Təcridetmələrin tətbiq edildiyi və kilidlərin asıldığı nöqtələrdə xəbərdarlıq bildirişləri görülən işin məzmununu və cavabdeh şəxsin adını adını əks etdirir. Məlumatların səmərəli çatdırılması aşağıda göstərilən prosedurlar və qaydalar vasitəsi ilə həyata keçirilə bilər:

İcazə sənədlərinin və təcridetməni təsdiq edən şəhadətnamələrin təzələnməsi, Təhlükəsizlik texnikasına dair qısa söhbətlər.

Enerji sistemlərinin təcrid olunması əsas etibarilə tədbirli planlaşdırma və risklərin qiymətləndirilməsinə əsaslanan hazırlıq mərhələləri, habelə işlərin görülməsində iştirak edən hər bir şəxsə zəruri məlumatların verilməsi ilə bağlıdır.

Ayrı-ayrılıqda hər bir təcridetmə risklərin qiymətləndirilməsi və işin düzgün yerinə yetirilməsinə icazənin verilməsi ilə başlayır.

  • İstənilən işi görən zaman enerji sistemlərinin təcrid olunmasının altı prinsipinə riayət edin:
  • Enerjinin hansı növlərinə rast gələ bilərsiniz?
  • Həmin enerjini necə təcrid edə bilərsiniz?
  • Qalıq enerjini buraxın / boşaldın.
  • Kilidlər və məlumat birkaları asın.
  • Təcridetmənin etibarlılığını sınaqdan keçirin
  • Aidiyyatı olan bütün tərəflərə məlumat verin.

Siz yalnız bütün bu mərhələləri tamamladıqdan və müvafiq tədbirləri gördükdən sonra işin icrasına başlaya bilərsiniz!

Təhlükəsiz iş qaydaları eyni dərəcədə məişət mühitlərində də tətbiq olunur.

Hər bir evdə çoxlu sayda potensial enerji mənbələri vardır. Hər bir enerji mənbəyi ilə davranan zaman özünüzdən nə kimi xoşagəlməz hadisənin baş verə biləcəyini soruşun və əmin olun ki, bunu təhlükəsiz qaydada necə təcrid edilməli olduğunu bilirsiniz.

 

Safety.az