Daimi bərkidilmiş nərdivanlardan təhlükəsiz istifadə qaydaları
Hər il nərdivanlardan istifadə edərkən bir çox işçi xəsarət alır. Nərdivanlar təhlükəli hadisələrin baş verməsində özünəməxsus imkanlar yaradır.
Daimi bərkidilmiş nərdivanlar ilə bağlı aşağıdakı 9 əsas təhlükə vardır:
1.Nərdivana çıxan adamların sayı
Bu asan bir qaydadır:
Qayda: Nərdivana eyni vaxtda bir nəfər çıxmalıdır.
Bu çox bəsit bir arifmetikadır: Bir nərdivanda bir adam olmalıdır.
2.Nərdivanın vəziyyəti
Çox pis ifadənin anlayışı – çox kədərli nəticənin əldə olunması deməkdir.
Qayda: Nərdivanları müntəzəm olaraq yoxlayın.
Nərdivanlarda zədənin, korroziyanın və ya digər problemlərin olub olmamasını yoxlayın. Hər hansı problemlə rastlaşdıqda – bu barədə xəbər verin.
Zədələnmiş nərdivanlardan istifadə etməyin.
3.Nərdivanın pillələri
Pillələr təmiz və saz – ayağa zaval olmaz.
Qayda: Nərdivan pillələrini təmiz saxlayın.
Pillələrdəki sürtkü və adı texniki yağları, çirki, və kimyəvi maddə izlərini təmizləyin, yapışqanlı lent, alət və başqa nə varsa pillələrdən yığışdırın. Sizin ayaqqabılarınızın altları nərdivan pillələri ilə möhkəm təmasda olmalıdır.
4.Nərdivanın yuxarı hissəsində zəncir və ya mexaniki baryer
Taleyinizi imtahana çəkmək əvəzinə mexaniki baryerdən istifadə edin.
Qayda: Mexaniki baryerlərini bağlı vəziyyətdə saxlayın.
Yalnız nərdivanın yuxarı hissəsinə qalxdıqda, yaxud aşağı düşdükdə mexaniki baryeri qaldırmaq və ya zənciri açmaq olar. Mexaniki baryeri və ya zənciri açıq vəziyyətdə qoymayın. Mexaniki baryerin açıq qalması və ya zəncirin olmaması bir çox insanın həyatına son qoymuşdur.
5.Yuxarıdakı sürahi
Sürahidən möhkəm tut!
Qayda: Yan sürahilər nərdivandan yuxarıda yerləşən platformanın səviyyəsindən də yuxarı uzanmalıdır.
Nərdivanın yuxarısındakı məhəccərdən istifadə edin.
Təhlükəsizlik zənciri və təhlükəsizlik çənbərindən yapışmayın!
6.Ciblərdəki əşyalar
Cibdən salınan əşyalar raket sürəti ilə aşağıya düşər!
Qayda: Nərdivanlara çıxarkən ciblərinizdə heç bir alət və ya başqa bir əşya daşımayın.
Alətlər nərdivan qəfəsinə ilişib aşağı düşə və ya ayağınızı pillədən kənara qoymağa vadar edərək Sizin xəsarət almanıza gətirib çıxara bilər!
Alət kəmərindən və ya çantasından istifadə edin. Alətlərə təhlükəsizlik kəməri bağlayın.
7.Nərdivanla 3 nöqtəli təmas
Təması artır 3 qat, olarsan salamat!
Qayda: Nərdivana çıxarkən onunla 3 nöqtəli təmas olmalıdır.
3 nöqtəli təmas o deməkdir ki, Sizin iki əliniz və bir ayağınız, yaxud iki ayağınız və bir əliniz hər zaman nərdivanda olmalıdır.
8.Qabarit hündürlüyü
Başınızı qoruyun!
Qayda:Getdiyiniz yerə diqqət edin!
Nərdivan qəfəsinin alt hissəsi başınıza real xəsarət yetirə bilər!
9.Nərdivanın qabarit hündürlüyü ilə sürahi arasındakı məsafə
Nərdivan qəfəsi ilə sürahi arasındakı boşluğa yıxılmayın!
Qayda: Nərdivan qəfəsinin alt hissəsi ilə platformanın (məhəccəri) sürahi arasında heç bir BOŞLUQ OLMAMALIDIR.
Belə “ölümcül boşluğu” olan nərdivan aşkar etdikdə, öz rəhbərinizi xəbərdar edin!
Safety.az