08.06.2019 10:51

YÜKSƏKLİKDƏ TƏHLÜKƏSİZ İŞ

YUXARIDAN YIXILMALAR İŞÇİLƏRİN ƏN ÇOX ÖLÜMÜNƏ VƏ CİDDİ XƏSARƏT ALMALARINA SƏBƏB OLAN HALDIR.

Belə yıxılmalar aşağıdakı yerlərdə baş verə bilər:

• Göyərtələrdən / Özüllərdən / tikilməkdə olan və sökülən binalardan (məs. şəbəkələrin deşiklərindən, göyərtə lövhələrindən, döşəmələrdən, damdan, pilləkənli quyudan, qaldırıcı vasitələrdən, eyvanlardan), bruslardan, tirlərdən, və taxtaların üstündən.
• Ayaqaltı döşəmələrindən və nərdivanlardan), və ya
• Iş yerlərindəki giriş və çıxış yollarından.

Qorunma
Təhlükə məlum olan kimi riski minimuma endirməık üçün müvafiq tədbirlər görmək lazımdır. Fərdi mühafizədən əvvəl ümumi mühafizə tədbirləri görülməlidir. Fərdi Qoruyucu Vasitələrdən (FQV) ən axırda, digər müvafiq metodlar olmadıqda istifadə edilməlidir. Məsələn, nərdivan və ya təhlükəsizlik kəməri işlətməkdənsə təhlükəsiz baryer və ya ayaqaltı işlədilsə daha yaxşı olar. Belə ümumi tədfbirlər mümkün deyilsə onda yıxılmaların qarşısının alınacağına əmin olmaq üçün müvafiq tədbirlər görülməlidir. Məsələyə bu cür yanaşma qərarın qəbul edilməsinin vaxtından asılı olmayaraq bütün tikinti / tikinti prosesi dövründə yadda saxlanmalıdır.

Seçim, təmir və avadanlıqdan istifadə

İş avadanlığı elə secilməlidir ki, onlardan yüksəklikdə istifadə ediləndə təhlükəsiz olsunlar, istifadə tələblərinə müvafiq olsunlar və öz məqsədləri üçün isifadə edilsinlər.
Avadanlıqdan düzgün istifadə edilməli, təhlükəsizlik qaydaları pozulmamalı və onların yerində olduğu və düzgün istifadə edildiyi və təhlükəsizlik tədbirlərinin doğruluğu daim yoxlanmalıdır.
Avadanlığın hələ də yaxşı vəziyyətdə olduğuna əmin olmaqdan ötrü onlar daim yoxlanmalıdır. Belə yoxlamalar nərdivanlarda, pilləkənlərdə, iş platformalarında (mobil və stasionar), ayaqaltılarda, qoruyucu tutacaqlarda və qoruyucu torlarda və eyni zamanda Fərdi Qoruyucu Vasitələrdə aparılmalıdır.

Əlaqələr

Bütün tikinti sahələrində sağlamlıq və təhlükəsizlik qaydaları əlaqələndirilməlidir. MKKİ hələ işin başalnğıcında bu sahədə öhdəliklərinin olduğunu bilirdi. Sağlamlıq və təhlükəsizlik müqaviləçilərin və podaratçıların seçilməsində də nəzərə alınmışdır. Cavabdeh olanların hamısı iş sahəsində sağlamlıq və təhlükəsizliklə bağlı olan öhdəliklərdən tam xəbərdar olmalıdır. Əlaqələr olmalı və təhlükənin aradan qaldırılmasına, təhlükəsiz iş metodlarına və bütün növ iş avadanlığının istifadə edilməsinə və təmirinə sistematik şəkildə diqqət yetirilməlidir.

Yüksəklikdən yıxılmanın qarşısını almaq üçün özünüzdən soruşun:

• Təhlükəsizliyi təmin etmək üçün giriş və çıxış nəzərə alınmaqla, ən müvafiq alət seçilibdirmi?
• Yaxınlıqda digər avadanlıqlar olmadıqda nərdivanlardan qısa müddətə və az riskləmi istifadə edilir?
• Ayaqaltı möhkəm özül üzərindəmi qurulub?
• Qoruyucu tutacaqlar düzgün yerindəmi və düzgün hündürlükdə qoyulubmu?
• İş platformasının üstündə qoyulan taxtalar kifayət qədərdirmi?
• Taxtalar yerinə bərkidilibmi?
• Nərdivan iş üçün ən təhlükəsiz və ən yaxşı vasitədirmi?
• Nərdivan yaxşı vəziyyətdədirmi, işin növünə və hündürlüyə müvfiqdirmi?
• Uzun olmasın deyə nərdivanın yeri dəyişdirilə bilərmi?
• Nərdivan yuxarıdan və aşağıdan qısaldıla bilərmi?
• Dayaq səthi bərk və yerindədirmi?

’Xeyr’ cavabı verilən sual varsa işə başlamamışdan əvvəl düzəldilməlidir. Tədbirlərə aşağıdakılar daxildir:

• Göyərtədə olan deşiklərin müvafiq şəkildə barrikadaya alındığına (qoruyucu tutacaq və taxtalarla) və ya üstü örtüldüyünə əmin olun. Örtüyü yerinə bağlayın və ya xəbərdarlıqedici nişanla işarə edin.
• Tikinti işlərinə başlamamışdan qabaq bütün ayaqaltı hissələrinin təhlükəsiz olduğuna əmin olun.
• Nərdivanlara çıxmamışdan qabaq onların yaxşı vəziyyətdə və düzgün qoyulduğuna əmin olmaq üçün yoxlayın.
• Qoruyucu tutacaqlar və taxtalar quraşdırılana qədər və qurğunun bərk olması və düzgün işlədilməsi üçün ayaqaltılarda yıxılmaya qarşı avadanlıqdan istifadə edin.

 

Safety.az