04.06.2019 10:05

İSTİVURMADAN NECƏ QAÇINMALI?!

İSTİVURMA

Normal soyuducu mexanizmlər

Bədən hərarəti qalxdıqda

  • Qanın dəriyə axını artır
  • Tərləmə qüvvətlənir
  • Ürək döyüntüsü artır və qan ilə hərarəti dəriyə hərəkət etdirir

Bu mexanizmlər yaxşı işləyərkən

  • Bədən hərarəti düşür və ya təhlükəsiz səviyyədə sabitləşir

Soyuducu mexanizmlər nə üçün işləmir?

O qədər tər itirilir ki,  

  • Dehidrasiya baş verir
  • Bədən tərləmə yolu ilə özünü soyuda bilmir və hərarət qalxır

O qədər qan dəriyə yönəlir ki, digər orqanlar müvafiq şəkildə işləyə bilmir.

  İstiliklə bağlı xəstəliklər

  • İSTİDƏN QICOLMALAR !
  • İSTİDƏN ÜZÜLMƏ !!
  • İSTİVURMA !!!

 

İSTİDƏN QICOLMALARIN ƏLAMƏTLƏRİ

  • Əzələlərin ağrılı spazmı
  • Bərk tərləmə
  • Yorğunluq/əsəbilik
  • Tər səpkisi (dəridə kiçicik qırmızı səpki)

Qeyd: Bədən hərarəti normal olur!

 

İSTİDƏN ÜZÜLMƏNİN ƏLAMƏTLƏRİ

Daha ciddi vəziyyət !!

  • Bərk tərləmə
  • İşçi solğun və yorğundur
  • Ürək bulanması və qusma
  • Baş gicəllənməsi və bihuş olma
  • Baş ağrısı və aydın olmayan görmə qabiliyyəti
  • Tez və zəif nəbz
  • Normal və ya bir qədər yüksək bədən hərarəti !

 

İSTİVURMANIN ƏLAMƏTLƏRİ

Həyat üçün qorxulu vəziyyət !!!

  • Tər ifrazının dayanması
  • İsti qırmızı və ya qızarmış quru dəri
  • Dərin nəfəs, təngnəfəslik
  • Tez nəbz
  • Huşsuzluq
  • Bədən hərarətinin bərk qalxması !!!

 

Problemi nə zaman özünüzün aradan qaldıra biləcəyinizi, nə zaman isə tibbi yardıma müraciət etməli olacağınızı bilmək mühümdür.

İSTİLİK QICOLMALARI ZAMANI İLK YARDIM

  • Şəxsi sərin yerə aparın.
  • Şəxsə sərin, lakin soyuq olmayan su içirdin.
  • Şəxsin alnına, üzünə, boynuna və əllərinə su çiləyin.
  • Qıc olan əzələləri ehtiyatla masaj edin.
  • Mövcud olduğu təqdirdə, ventilyasiyadan istifadə edin.

 

İSTİDƏN ÜZÜLMƏ ZAMANI İLK YARDIM

  • Dərhal təcili tibbi yardım çağırın
  • Şəxsin soyumasına yardım edin:
    • Şəxsi isti yerdən götürün
    • Şəxsi uzandırın
    • Şəxsin ayaqlarını qaldırın
    • Dar geyimi boşaldın
    • Alın, boyun ətrafında və qoltuqların altındakı dəriyə sərin nəm material qoyun

Yadda saxlayın: bərk qızmadan sonra bədəni soyutmaq üçün ən azı 30 dəqiqə lazımdır !

İSTİLİKVURMA ZAMANI İLK YARDIM

  • Dərhal təcili tibbi yardım çağırın
  • Şəxsin soyumasına yardım edin:

–               Şəxsi isti yerdən götürün və sərin yerə keçirin

–              Üst paltarını çıxarın

–              Soyuq kompresslər tətbiq edin

–              Hava dövranını artırın – şəxsi yelləyin

–              Ağız vasitəsilə heç bir şey verməyin

 

İstivurmaya nə səbəb olur?

Altı əsas faktor rol oynayır:

  • Hərarət
  • Yüksək rütubət
  • Zəif hava axını
  • Birbaşa gün işığı
  • Paltar
  • Fiziki fəaliyyət

 

Ayrı-ayrı şəxslər üçün risk faktorları

  • Müəyyən dərmanlar (xüsusilə bəzi antibiotiklər)
  • Artıq çəki
  • 40-dan artıq yaş
  • Ürək xəstəliyi, yüksək qan təzyiqi
  • İstiliyə davamsızlıq
  • İshal, qusma
  • Qızdırma
  • Spirtli içkilərin istifadəsi
  • Artıq miqdarda kofeinin istifadəsi
  • Az miqdarda duzun istifadəsi
  • Yuxusuzluq həbləri
  • Yaxınlarda vaksinləmə

 

İstivurmadan necə qaçınmalı?

  • Susamazdan əvvəl su için
  • Sağlam ərzaq məhsullarını yeyin (təzə meyvə, xüsusilə bananlar), yağlı yeməklərdən qaçının
  • Vaxtaşırı olaraq sərin yerdə dincəlin
  • Birbaşa gün işığı altında işləyirsinizsə, papaq və ya kepka qoyun və boynunuzu örtülü saxlayın
  • Gecə vaxtı kifayət qədər yatın
  • Spirtli içkilərdən qaçının

Maye tələbatı

  • Optimal sağlamlığı saxlamaq üçün gündə ən azı 8-10 fincan su içmək mühümdür (1 L )
  • Gün ərzində Siz tənəffüs, kənar etmə və tərləmə nəticəsində təxminən 2-2,5 L qədər itirirsiniz
  • İstiyə davamlı deyilsinizsə, hər yeməkdən sonra və susamazdan əvvəl bir stəkan su için
  • Spirtli içkilərdən qaçının

 

Qeyd: 1 qram alkoqolun həlli üçün 8 qram su lazımdır.

 

İSTİLİKLƏ BAĞLI TƏHLÜKƏLƏR

Artıq istilik, həmçinin, təhlükəsizlik üçün də problem ola bilər.

Qəzaların birbaşa səbəbləri

  • Tərli əllər, tutma qabiliyyətinin itirilməsinə səbəb olur
  • Tərin silinməsi və çirkin gözə düşməsi

Qəzaların dolayı səbəbləri

  • Ayıqlığın zəifləməsi
  • Zəifləmiş fiziki göstəricilər
  • Əsəbililik

Qeyd: bunların birini hiss etsəniz, tənəffüs edin və bir fincan su için

 

Safety.az