02.06.2019 11:21

Evdə yanğın təhlükəsizliyi

Yanğın Təhlükəsizliyi Statistikası

  • Struktur yanğınlarının 70%-i evlərdə baş verir.
  • Ölümlə nəticələnən yanğınların 80%-i evlərdə baş verir.
  • Ev yanğınlarının ¼-i axşam saat 10:00-dan səhər 06:00-a qədər baş verir One fourth of home fires  occur between 10:00 p.m. and 6:00 a.m. yet account for one half of all home fire deaths.

Ev yanğınlarının Səbəbləri

  • Siqaret və ya siqaret materialları.
  • Qızdırıcı və elektrik avadanlıqalrı.
  • Bişirmə və bişirmə avadanlıqları.
  • Kibrit və ya alışdırıcı ilə oynayan uşaqlar.
  • Qəsdən yandırma.

Yanğından Ölümün səbəbləri

  • Hidrogen sionid, Hydrogen cyanide, Sianid turşusu;
    • Dəm qazı;
    • Digər zəhərli buxarlar;
    • Yanmalar;
    • Travmalar (Qeyri yanma);
    • Qış vaxtları əlavə qızdırıcı vasitələr;
    • Siqaret çəkmə;
    • Spirtli içki və narkotik vasitələrin;
    • Tüstü detektorlarının pis işləməsi və ya işləməməsi.

 

İstiliyin paylanmasının və yanğının yayılmasının əsas prinsipləri

  • KONVEKSİYA.
  • KEÇİRİCİLİK QABİLİYYƏTİ.
  • RADİASİYA.
  • BİRBAŞA YANĞINLAR

 

Yanğın indikatorları haqqında nə bilirsiniz?

  • İSTİLİK SİQNALLARI – Termal genişlənməni aşkar edir;
  • RADİASİA SİQNALLARI – İnfra qırmızı / ultra bənövşəyi şüaları aşkar edir;
  • TÜSTÜ SİQNALLARI – Yanğının ilkin mərkələsində tüstünü aşkar edir;

       

Tüstü Siqnalları

  • Tüstü həyəcan siqnalları tüstü haqqında xəbərdarlıq edən xəbərdaredici cihazdır. O həyatı xilas edə bilər!
    • Tüstü həyacan siqnalını dəhlizin tavanına ideal şəkildə yerləşdirin;
    • Bəzi tüstü həyəcan siqnalları söndürmək üçün düymələrlə təmin olunmuşlar ki, səhvən işə qoşulduqda söndürmək mümkün olsun;
    • Həyəcan siqnallarını həmişə test edin.

 

Mətbəx təhlükəsizliyi

  • Çay dəsmalı, tutacaq və önlük kimi tezalışan əşyaları plitədən və tosterdən aralı tutun;
  • Tosteri, sobanı, soba rəflərini və qrili (əti qızartmaq üçün məişət cihazı) təmiz saxlayın. Yaranmış qırıntılar, piylər və yağlar asanlıqla alovlana bilər;
  • Elektrik naqilləri və cihazlarını sudan aralı saxlayın;
  • Qaz sobasını yandırmaq üçün kibrit və ya alışqanın əvəzinə daha təhlükəsiz qığılcım avadanlıqlarından istifadə edin;
  • Əgər yeməyi ərinmiş yağda qızardırsınızsa, onu isti yağın içərisinə qoymamışdan qurudun.
  • Əgər yağ tüstüləməyə başlayırsa, ocağı söndürün və tavanın soyumasını gözləyin. Heç vaxt qazanın üstünə su tökməyin.

 

Elektrik təhlükəsizliyi

  • Əgər adapter işlətmək məcburiyyətinizdəsinizsə, eləsini istifadə edin ki, əriyən qoruyucusu olsun;
  • Maksimal amperi yoxlayın ki, ştepseldəki əriyən qoruyucu öhdəsindən gələ bilsin;
  • Kabelləri xalçanın və ya döşəmənin altından keçirməyin;
  • Birləşmələrdə qüsuru, qüsurlu ştepselləri və elektrik çəngəllərini yoxlayın ki, hər hansı bir ütülmə və ya cırılma işarələr olmasın;
  • Rozetkanı yükləməyin-hər razetkaya bir ştepsel işlədin.

 

Elektrik cihazları

  • Elektrik cihazlarını quraşdırarkən və birləşdirərkən təimata əməl edin;
  • Elektrik cihazlarını elə yerləşdirin ki, onların arxa hissəsi divara, üzü otağa tərəf olsun;
  • Əmin olun ki, cihazın təbii ventelyasiya üçün çıxışı var, bu cihazların həddən artıq qızmasına maneə olacaq;
  • Qızdırıcıları/lampaları/ elektrik lampalarını pərdəyə və ya mebellərə yaxın yerləşdirməyin və heç vaxt palrar qurutmaq üçün istifadə etməyin;

 

Evdə siqaret çəkmək

 

  • gündən bir bir nəfər siqaretin səbəb olduğu yanğından ölür.
  • Siqareti atın;
  • Əgər yuxu gətirən dərman qəbul etmisinizsə, əgər spirtli içki içmisinisə yataqda siqaret çəkməyin. Siqaretin hələdə yandığını hiss etmədən asanlıqla yuxuya getmək olar.;
  • Həmişə uyğun külqabı istifadə edin. Əmin olun ki, siqaret külqabıda tamamilə sönüb.
  • Məsuliyyətli olun və kibrit və alışqanları uşaqların əli çatmayan yerdə saxlayın.

 

Şamlar

  • Yanar şamları diqqətsiz qoymayın;
  • Gecə vaxtı onları tamamilə söndürün;
  • Yanar şamları istənilən yanar əşyadan (mebel, pərdə və s.) uzaq tutun;
  • Şamlar telvizor üstü, hamam çəlləyi və s. kimi plastik səthləri əridə bilər. Əmin olun ki, onları həmişə istiyə davamlı səthin üzərində yerləşdirmisiniz.

 

Yanğın zamanı Necə Xilas Olmaq

  • SAKİT OLUN!
  • Əgər tüstü varsa döşəməyə əyilin.
  • Ağzınızı və burnunuzu nəm dəsmalla tutun (imkan olan kimi)
  • Gizlənməyin.
  • Xilas üçün görüntülü yerdə olun.
  • Paltar od tutarsa: dayan, yerə yıxıl və yerdə fırlan.
  • Alovu palto, ədyal və mümkünsə ya yanğın ədyalı kimi ağır materialla boğmağa çalışın.
  • Binadan çıxdınızsa BİR DAHA QAYITMAYIN!

 

HAZIRLIQLI OLUN-qabaqcadan planlaşdırın

  • Hara zəng edəcəyinizi bilin – 101-ə zəng edin
  • Əmin olun ki, ailə üzvləriniz yanğın zamanı nə etməli olduğunu və necə xilas olacağını bilir;
  • Xilas olma yollarını müəyyənləşdirin və çıxışı təmiz saxlayın;
  • Toplantı məntəqənizin harada olduğunu bilin;
  • Qapı və pəncərənin açarlarını rahat yerdə saxlayın;
  • Mütəmadi olaraq mənzildə Yanğın Təhlükəsizliyi Nəzarəti həyata keçirin;
  • Fövqəladə hallarda tədbirləri birgə həyata keçirin.

 

Safety.az