İlk tibbi yardım
İlk tibbi yardım xəstəlik və zədə zamanı həyata keçirilən ilkin tədbir və yaxud tədbirlər planıdır.
Təhlükəli əməliyyatlar həyata keçirildiyi şirkətlərdə işçilər ilk tibbi yardım təlimləri ilə tanış olmalıdırlar. Bu tədbirlər sadə və insan həyatını xilas edəcək səviyyədə texnikaları özündə cəmləşdirir və minimal sayda vəsaitlə həyata keçirilir.
İlk tibbi yardımın əsas məqsədi üç nöqtədə birləşir:
- Həyatı qorumaq: bütün tibbi müdaxilələrin, həmçinin ilk tibbi yardımın da əsas məqsədi budur.
- Zədənin dərinləşməsinin qarşısını almaq: bu yaralını başqa məntəqəyə çatdırmaq və yaxud yerindəcə müdaxilə ola bilər.
- Bərpaya kömək etmək: bu bərpanı başlatmaq və yaxud gedən bərpa halını yekunlaşdırmaq deməkdir.
İlk tibbi yardım həmçinin zədəyə yol aça biləcək təhlükənin qarşısını alan təhlükəsizlik təlimini də özünə daxil edir.
Nəfəs yolu, nəfəsalma və qan dövranı – bunlar ilk tibbi yardımın əsaslarıdır.
Bəzi təşkilatlar 4-cü ünsürü də – “Ölümcül qanaxma” və ya “Defibrillyasiya”nı da qeyd edirlər. Lakin bunu qan dövranının bir hissəsi olduğunu fikirləşənlər də var.
Qəza zamanı ilk olaraq diqqət nəfəs yolunun təmizliyinə və boşluğuna yönəldilməlidir. Əgər burda problem varsa burun və ağızda olan maneələr imkan daxilində təmizlənməlidir ki, buradan daxil olan hava ağ ciyərlərə getsin. Əks təqdirdə zədəli qısa zamanda həyatını itirə bilər.
Əgər nəfəs yolları qaydasındadırsa nəfəsalma da hər-hansı problemin olub-olmadığı yoxlanılır. Problem müşahidə edildikdə əvvəlcədən təlimatlandırıldığı kimi zədəlinin ürəyini masaj etməklə bədəndə qan axımını yaxşılaşdırmaq lazımdır.
Heç bir problemin olmadığını gördükdə çənənin altında və yaxud biləkdən tutmaqla döyünmənin (puls) yoxlanılır.
İlk tibbi yardım növləri fərqləndirilir və hər birinin ayrıca təlimi mövcuddur:
- Su/Dəniz ilk tibbi yardımı xüsusi təlim görmüş xilas edənlər, dənizçilər və dalğıclar həyata keçirirlər.
- Döyüşdə ilk tibbi yardımı xüsusi təlim görmüş döyüşçülər və zabitlər həyata keçirirlər.
- Hiperbarik ilk tibbi yardım xüsusi dalğıclar tərəfindən həyata keçirilir.
- Oksigen ilk tibbi yardımı qəza nəticəsində hipoksiya yaranan zaman tətbiq olunur.
- Səhra ilk tibbi yardımı yetişdirilmə çətin olan yerlər üçün nəzərdə tutulub.
- Hidroflorik asid ilk tibbi yardımı kimya sənayesində yaranan qəza halları üçün tətbiq olunur.
Bütün sənaye sahələrində və avtomobillərdə içərisində zəruri ilk tibbi yardımı göstərmək üçün çanta olmalıdır.
Safety.az