22.03.2019 09:00

Sürücülükdə təhlükəsizlik qaydaları

Bakıda və ətraf rayonlarda nəqliyyat vasitələrinin sıxlığı və çoxluğu heç kimin nəzərindən qaça bilməz. Əlbəttə ki bu sürücülərin və piyadaların həyatına təhlükə yaradır və bizim sürücülükdə təhlükəsizlik qaydalarımız sizin daha təhlükəsiz sürücülük vərdişlərinizin inkişafına, bununla da sizin, sərnişinlərinizin və avtomobilinizin qorunmasına kömək edəcək.

Bu məqalədə sizi əsas qaydalarla tanış edəcək, sürücülükdə təhlükəsizlik avadanlıqları, bundan əlavə qəza və fövqəladə hal baş verdikdə ailənizi yolda necə təhlükəsiz lazım olan yerə çatdırağınız üçün müəyyən məsləhətlər verəcəyik.

Sürücülük təhlükəsizlik qaydaları və avadanlıqları:

Mobil telefonla danışan zaman təhlükəsizlik – İmkan daxilində sükan arxasında mobil telefondan istifadə etməməyiniz məsləhətdir.
Yolda qəzəb testi – çox adam sükan arxasında olanda müəyyən qədər də olsa aqressiya nümayiş etdirirlər. Siz aqressiv sürücüsünüz?
İçki və sürücülük – bu sürücülük təhlükəsizlik qaydaları sizə özünüzün və kiminsə içkili olaraq maşının mühərrikini yandırmağının qarşısını alacaq.
Təhlükəsizlik avadanlıqları – təhlükəsizlik kəmərləri, hava yastıqları və baş söykənəcəkləri haqda faktları öyrəndikcə, hər zaman və düzgün istifadə olunacaqları təqdirdə sizin yüksək səviyyədə təhlükəsizliyinizin təmin olunduğunu başa düşəcəksiniz.
Yeniyetmələrin sürücülüyü – ən təhlükəli haldır. Baş verən yol qəzalarının böyük əksəriyyəti məhz yeniyetmələrin yersiz ötmə və fintləri nəticəsində baş verir. Nə üçün belə olur və öz yeniyetmə övladınıza təhlükəsizlik qaydalarını necə başa sala bilərsiniz?
Tibbi yardım çantasının yoxlanması – yola çıxmazdan qabaq tibbi yardım çantanızda bütün zəruri avadanlıq və dərmanların yerində olmasına əmin olun.
Uşaqların təhlükəsizliyi – düzgün quraşdırılmış uşaq oturacaqları və uşaqlar üçün nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri onların qəza zamanı təhlükəsizliyinin əsasıdır.
Hava şəraiti – qasırğa, dolu yağması, tornado, sel – bu və başqa ekstrim hava şəraitləri sizin maşınınıza və sağlamlığınıza xələl yetirə bilər.
Mövsümi sürücülük təhlükəsizlik qaydaları – fəsillərdə dəyişən iqlimə uyğun olaraq maşınınızın toxunulmazlığını qoruyun.
Safety.az