22.03.2019 08:57

Yanan mayelər və bərk maddələr, oksidləşdirici maddələr

3. Yanan mayelər

3.1  Öz-özünə alovlanan mayelər – yanma nöqtəsi 60.5 C° və daha aşağı olan maddələrdir: benzin, benzol, toluol, etil asetat, butanon, qazyağı, motorin, butanol,

3.2  Yanan mayelər – Yanma nöqtəsi 60.5 – 93 C° arasında olan maddələrdir: qətran, xam neft, mühərrik yağları

Yanan mayelər üçün söndürmə maddələri: köpük, KKT, CO2  və s.

4. Yanan bərk maddələr

4.1  Tez alovlanan maddələr: qırmızı fosfor, maqnezium, naftalin, kükürd, ağac tozu, kömür tozu, sellüloit.

4.2  Öz-özünə alovlana bilən maddələr: bu maddələr açıq havada qalanda öz-özünə alışır və qüvvətli yanğın törədirlər. Uyğun paketlənib, havasız yerdə saxlanılırlar: ağ fosfor, sodium-potassium-kalsium fosfor birləşməsi, alüminium tozları

4.3  Su ilə reaksiyaya girərək yanan qaz çıxardan maddələr: Bu cür maddələr su ilə, hətta havadakı nəmlə reaksiyaya girərək partlayıcı olan hidrogen ve asetilen qazlarını üzə çıxarırlar: sodium, potassium, kalsium metalları, bu metalların peroksidləri, kalsium karbit, X423.

4.3-də göstərilən maddələr, alüminium, maqnezium kimi yüngül metalların yanması zamanı sudan istifadı etmək olmaz. D tozundan (quru kimyəvi tozdur) istifadə etmək lazımdır.

5. Oksidləşdiricilər (yandırıcı maddələr)

5.1  Oksidləşdirici (yandırıcı) maddələr: Bu maddələr özləri yanan olmadıqlarına baxmayaraq, tərkiblərində yanma üçün lazım olan oksigen olduğundan yanabilən maddələrlə təmasda olduqlarında reaksiya baş verir: hidrogen peroksid, perklorik asid,   sodium-potassium nitratlar, bu metalların peroksidləri, permanqanatları, kloratlar, perkloratlar, kalsium karbonat, kromik asid, ammonium nitrat

5.2  Orqanik peroksidlər: Öz-özünə parlayaraq parçalanma, çox sürətlə yanma, şok və ya sürtünmə təsirinə həssaslıq. Başqa maddələrlə sürətli şəkildə birləşmə və gözə zərər vermə özəllikləri göstərirlər: benzoil peroksid, perasetik asid, asetil peroksid parçalanması.

Bu maddələr yanğın yerindən dərhal uzaqlaşdırılmalıdır.

 

Safety.az

 

Safety.az